Menu

Şərti terrorçuların sığınacaqları məhv edildi - "Birliyin Gücü – 2026"-dan GÖRÜNTÜLƏR

24.09.2026, 15:48
Şərti terrorçuların sığınacaqları məhv edildi - "Birliyin Gücü – 2026"-dan GÖRÜNTÜLƏR

Azərbaycanda keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təlimində məşqlər uğurla davam edir.

"AzPolitika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəflər tam məhv edilib.

"Birliyin Gücü – 2026" birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol