Menu

Rəsmi Bakı Fransadakı azərbaycanlılarla bağlı açıqlama verdi

09.01.2015, 15:50
Rəsmi Bakı Fransadakı azərbaycanlılarla bağlı açıqlama verdi

“Azərbaycanın Fransadakı səfirliyi normal iş rejimində fəaliyyətini davam etdirir”.

Bunu modern.az saytına açıqlamasında Xarici İşlər Nazırliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Fransada baş vermiş məlum terror hadisəsindən sonra orada yaşayan azərbaycanlıların, eləcə də təhsil alan tələbələrin ölkəyə qayıtmasına zərurət görmədiklərini də əlavə edib.

Xatırladaq ki, yanvarın 7-də Fransada satirik jurnal "Charlie Hebdo"ya basqın edilib, 12 nəfər öldürülüb, 10 nəfəri yaralanəb. Hadisədən sonra Fransa hökuməti 3 günlük matəm elan edib.

Terrorçuların yaxalanması ilə başladılan xüsusi əməliyyat indi də davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol