Menu

Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi

10.10.2026, 09:49
Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlıq Gününə həsr olunan beynəlxalq elmi praktiki konfransda deyib.

"Son illərin tibbi-bioloji mənzərəsinə nəzər salsaq, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görürük. Həmçinin, onunla yanaşı digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, ortalama ömür uzunluğu son illərdə ortalama dünya səviyyəsində 73 ili, Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla yanaşı, biz düşünməliyik ki, qazandığımız qalan ömür illərini nə dərəcədə sağlam yaşamışıq", - bildirilib.

O qeyd edib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:

"Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol