Menu

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı - FOTO

09.10.2026, 17:33
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı - FOTO

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı - Foto

Xatırladaq ki, təxminən iki ay əvvələ kimi fileni 6-7 manata çox rahatlıqla tapmaq mümkün olsa da sonradan bu toyuq məhsulunu əldə etmək müşkülə çevrilib. Sonradan satışı həyata keçirilən mağazalarda isə filenin qiyməti 8-9 manat arasında dəyişib.

Qeyd edək ki, iki ay əvvəl ilə müqayisədə filenin qiyməti 4-5 manat arasında artıb.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı - Foto

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol