Beyləqan rayonunda orta məktəbdə kütləvi zəhərlənmə ilə bağlı detallar məlum olub.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib.
Sinifdə texnologiya müəllimi dərs zamanı şagirdlərə fastfud hesab edilən hamburgerin hazırlanmasını öyrədirmiş. Həmin yeməyi şagirdlər yeyib və nəticədə 14 şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, zəhərlənmə hadisəsi yeməkdə istifadə edilən sosislər və ketçupdan olub.
Faktla bağlı araşdırma başlanıb.
****
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
Bu barədə "AzPolitika"ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.
Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Şərhlər