Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Husilərin hücumlarından bunkerdə gizlənməyə məcburdur.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumatda deyilir ki, Husilərin Ər-Riyaddakı obyektlərə hücumlarının genişlənməsi ilə bağlı artan narahatlıqlar fonunda, bin Salman güclü təhlükəsizlik tədbirləri altında saraylar arasında hərəkət etmək məcburiyyətində qalır.
41 yaşlı vəliəhd, təhlükəsizlik qrupunun müşayiəti ilə bunkerlərlə təchiz olunmuş möhkəmləndirilmiş yerlərdə yaşayır. Onun sonuncu dəfə ictimaiyyət qarşısına çıxması çərşənbə axşamı günü milli qanvermə kampaniyası zamanı qeydə alınıb.
Məlumatda deyilir ki, hücumlar Səudiyyə Ərəbistanı paytaxtının bir hissəsini müharibə zonasına çevirib və təkcə krallığın təhlükəsizliyini deyil, həm də iqtisadi sabitliyini təhdid edir.
Ötən gün artıq bir Husi raketi Ər-Riyad Beynəlxalq Hava Limanına düşüb və nəticədə ən azı 14 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, onların çoxu ağır vəziyyətdədir.
“AzPolitika.info”


Şərhlər