Menu

Qara dənizdə iki gəmiyə dron hücumu olub - Heyətdə 8 Azərbaycan vətəndaşı var

13.10.2026, 09:58
Qara dənizdə iki gəmiyə dron hücumu olub - Heyətdə 8 Azərbaycan vətəndaşı var

Bolqarıstanın Baş naziri Rumen Radev Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının (PUA) hücumu barədə məlumat verib, onlardan biri batıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Gəmilərdən birinin heyət üzvləri arasında 8 Azərbaycan vətəndaşı olub.

Onun sözlərinə görə, Malta bayrağı altında üzən "Chelsea 3" gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə üç PUA-nın hücumuna məruz qalıb.

"Bolqarıstanın ərazi sularının birbaşa yaxınlığında ticarət gəmilərinə növbəti hücum qətiyyən yolverilməzdir", - Baş nazir deyib.

Aralarında 7 Ukrayna və 8 Azərbaycan vətəndaşının olduğu 15 heyət üzvünün hamısı xilas edilib. Onlardan beşi yüngül xəsarətlər alıb.

R.Radevin sözlərinə görə, ikinci gəmi Krapets yaşayış məntəqəsindən 17 dəniz mili şərqdə hücuma məruz qalıb və batıb. Heyət üzvlərindən birini xilas etmək mümkün olub.

Baş nazir əlavə edib ki, Bolqarıstan PUA-nın hansı ölkəyə mənsub olduğunu müəyyən etmək üçün beynəlxalq yardım almağa çalışacaq. Bununla yanaşı, o vurğulayıb ki, Sofiyanın hələlik hər hansı tərəfi ittiham etmək üçün əlində sübutları yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol