Menu

Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı

13.10.2026, 10:10
Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı

Rusiyanın bir çox hava limanları yenidən təyyarələrin uçuşu və qəbulu üçün bağlanıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, paytaxt Moskvadakı Vnukovo hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Lakin dayanan aeroport təkcə o deyil.

Moskva meri Sergey Sobyanin Rusiya paytaxtını hədəf alan daha 41 dronun vurulduğunu bildirib: "Təcili yardım xidmətləri qəza yerində işləyir".

“Rosaviasiya” isə bildirib ki, Moskvanın Vnukovo hava limanı ilə bərabər Yaroslavl, Çerepovets və Krasnodar hava limanları da fəaliyyətini dayandırıb.

TASS xəbər verib ki, Vnukovoya gedən ondan çox təyyarə digər hava limanlarına yönləndirilib. Bunlara Minsk, İstanbul, Sankt-Peterburq, Astana, Antalya, Hurqada, Kalininqrad, Dubay və İzmirdən uçuşlar daxildir. Qeyd olunur ki, Türkiyədən uçan üç təyyarənin kapitanı marşrutu dəyişərək İstanbula eniş etmək qərarına gəliblər.

Əlavə edək ki, artıq bir neçə gündür Rusiyanın əsas hava limanlarının normal fəaliyyəti pozulub. Xüsusilə də Moskvadakı aeroportlarda böyük növbələr yaranıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol