Menu

"Qarabağ-2"nin məşqçisi cəzalandırıldı

13.10.2026, 11:38
"Qarabağ-2"nin məşqçisi cəzalandırıldı

"Qarabağ-2"nin məşqçisi Muarem Zekiri dörd oyunluq cəzalanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Mütəxəssis Əvəzedicilər Liqasının V turunda, "Zirə" ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir edib.

Birbaşa qırmızı vərəqə alan M.Zekir 4 oyunluq cəza ilə üzləşib. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol