Polşa Baş naziri Donald Tusk Ukraynada müharibənin başlaması və hələ də atəşkəs əldə olunmamasına görə Kiyevin günahlandırılmasını qəbuledilməz sayır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tusk Varşavadakı Təhlükəsizlik Forumunda çıxış edərkən Ukraynada baş verənləri İkinci Dünya müharibəsində faşist Almaniyasının Polşaya hücumu ilə müqayisə edib.
Tusk nasistləri xatırladıb və bu müharibədə Ukraynanı günahlandıranlara sərt cavab verib: "Polşada nasist təbliğatının Avropanı və dünyanı Polşanın Almaniyanın təcavüzünə görə məsuliyyət daşıdığına necə inandırmağa çalışdığını yaxşı xatırlayırıq. Bu gün Moskvada və təəssüf ki, getdikcə daha çox bəzi paytaxtlarda eyni şeyi eşidirik", - deyə Polşanın Baş naziri çıxışında bildirib.
Tusk hansı “paytaxtlar”dan danışdığını dəqiqləşdirməyib. Lakin onun bu açıqlaması Trampın Zelenskiyə qarşı ittihamları fonunda sələndirilib...
“AzPolitika.info”


Şərhlər