Menu

“Əvvəl Azərbyacanla müharibə var idi, indi isə...” - Paşinyan

13.10.2026, 12:49
“Əvvəl Azərbyacanla müharibə var idi, indi isə...” - Paşinyan

“Rusiya ilə münasibətlərimiz əvvəlki kimi qala bilməz”

Ermənistan Rusiya ilə münasibətləri kəsmək və ya pisləşdirmək niyyətində deyil, lakin ikitərəfli münasibətlərin xarakteri artıq əvvəlki kimi qala bilməz.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Radio France Internationale” (RFI) verdiyi müsahibədə deyib.

"Məqsədlərimiz heç vaxt Rusiya ilə münasibətləri kəsmək və ya pisləşdirmək olmayıb, olmayacaq da. Əksinə, biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik", - deyə Paşinyan bildirib.

Eyni zamanda, Baş nazir regional vəziyyətdəki dəyişikliklərin qaçılmaz olaraq Ermənistan-Rusiya münasibətlərinə təsir etdiyini vurğulayıb: "Hər şeydən, siyasi rəhbərlikdən asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Nə dəyişib? Dəyişən odur ki, əvvəllər Azərbaycanla münaqişə var idi, indi isə sülh var".

Rusiya siyasətçilərinin Ermənistanın "ikinci Ukrayna"ya çevrilə biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirən Paşinyan belə bir ssenarinin baş verməyəcəyinə əminliyini bildirib.

Paşinyan həmçinin Ermənistanın Rusiya ilə münasibətləri davam etdirməklə yanaşı, Avropa Birliyi ilə yaxınlaşmağa çalışdıqlarını əlavə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol