"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 352,377 milyon manat xalis mənfəətlə başa vurub.
"AzPolitika" "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 % çoxdur.
9 ayda ABB-nin gəlirləri 1 milyard 362,569 milyon manat (1 il əvvələ nisbətən 20,4 % çox), xərcləri 819,996 milyon manat (13,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 111,681 milyon manat (19,1 % çox), mənfəət vergisi ödəmələri isə 78,515 milyon manat (46,2 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 16 milyard 117,578 milyon manat olub ki, bu da illik müqayisədə 21 % çoxdur. Bunun 7 milyard 183,71 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,1 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 23 % artaraq 13 milyard 794,911 milyon manata, o cümlədən depozit portfeli 24,1 % artaraq 10 milyard 704,492 milyon manat, balans kapitalı isə 10 % artaraq 2 milyard 322,667 milyon manat olub.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.


Şərhlər