Menu

Azad edilmiş ərazilərin bərpasına 25.5 milyard manat ayrılıb - Prezident

14.10.2026, 10:51
Azad edilmiş ərazilərin bərpasına 25.5 milyard manat ayrılıb - Prezident

44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoymuşdur.

"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində deyilir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılmışdır”, - dövlət başçısı əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol