Menu

Trampın Kuba planı təəccübləndirdi: ABŞ-ın niyyəti təkcə prezidenti dəyişmək deyil, həm də...

15.10.2026, 19:40
Trampın Kuba planı təəccübləndirdi: ABŞ-ın niyyəti təkcə prezidenti dəyişmək deyil, həm də...

ABŞ prezidenti Donald Tramp Venesueladan sonra Kubanı hədəf kimi görür. O, Kuba ilə mümkün razılaşmanın ölkənin “dostcasına ələ keçirilməsi” ilə nəticələnə biləcəyini deyib. Tramp həmçinin ABŞ və Kuba arasında hərbi güc tətbiq edilmədən razılaşma əldə olunmasının mümkünlüyünü də diqqətə çatdırıb.

Bəs ABŞ Kubanı necə ələ keçirə bilər? Venesuela ssenarisi mümkündür, yoxsa başqa taktika istifadə edilməsi mümkündür? Ümumiyyətlə, hələ də sosializmin hökm sürdüyü Kubanın "işğalı" reallaşa bilərmi?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ Kubaya qarşı Venesuela ssenarisini tətbiq edə bilər. Ancaq Kubada hazırda Venesueladakı kimi güclü hakimiyyət yoxdur:

"Kubada kommunist rejim çox zəifləyib və süqut mərhələsindədir. Buna görə də, Tramp Kubada rejimin məğlubiyyətinə nail ola bilər. Venesuela və Kubanın siyasi vəziyyəti arasında çox fərq mövcuddur. Məsələn, Kubada real siyasi müxalifət yoxdur. Amma Venesuelada Maduroya qarşı real müxalifət fəaliyyət göstərirdi. ABŞ da onların gücündən geniş şəkildə istifadə edirdi. Ancaq buna rəğmən Venesuela hakimiyyəti ilə danışıqlar apara bildi. Buna görə də, orada hakimiyyət devrilmədi. ABŞ qüvvələri Venesuela prezidenti və xanımını həbs etməklə ölkəni ələ keçirdi. Ancaq Kubada bu, çətin bir prosesdir".

Ekspertin sözlərinə görə, Trampın əsas məqsədi Kubanın rəhbərini yox, oradakı sistemi dəyişməkdir:

"Bu da olduqca çətindir. Venesuelada rejim liberal idi. Amma Kubada vəziyyət tamamilə fərqlidir. Çünki Fidel Kastrodan indiyədək təxminən 67 ildir ki, Kubada kommunist sistem hakimiyyətdədir. Təsəvvür edin ki, Kubada heç bir müxalif partiya fəaliyyət göstərmir. Ona görə də, ABŞ ilk olaraq bu ölkədə sistemi dəyişməlidir. Bu isə çətin prosesdir və ABŞ-ın Kubada ləngiməsinin əsas səbəbi də məhz oradakı mövcud rejimdir".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol