Menu

“İran TRIPP layihəsində “erməni qardaşlarına” güvənir” – Abbas Əraqçi

16.10.2026, 15:21
“İran TRIPP layihəsində “erməni qardaşlarına” güvənir” – Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçı İrəvanda keçirdiyi açıqlamada Tehranın TRIPP layihəsi ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib.

BMT-nin Bіomüxtəliflik Konfransında (COP17) iştirak edən Abbas Əraqçı yerli mediaya açıqlamasında erməni tərəfdaşlarına güvəndiklərini bəyan edib. O, Tehranın bölgədə və sərhədləri yaxınlığında istənilən ABŞ varlığından narahat olduğunu etiraf etsə də, erməni tərəfdaşlarının "İranın təhlükəsizliyinə qarşı heç bir addım atmayacağını" bildiklərini vurğulayıb.

Qeyd edək ki, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən və Ermənistanın cənubundan keçən TRIPP layihəsi region ölkələri, o cümlədən Rusiya və İran tərəfindən müəyyən müzakirələrə səbəb olur. ABŞ ilə gərgin münasibətlərdə olan İran daha əvvəl bu layihə ilə bağlı bəzi ehtiyatlılıq nümayiş etdirmişdi. Hətta İranın İrəvandakı səfiri ölkəsinin mövqeyini açıqlayarkən bildirmişdi ki, sərhəd yaxınlığında ABŞ-nin hərbi və ya təhlükəsizlik varlığının istisna olunacağı, həmçinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə xələl gəlməyəcəyi təqdirdə Tehran layihəyə qarşı çıxmayacaq, çünki Cənubi Qafqazda hər hansı geosiyasi dəyişiklik İran üçün qəbuledilməzdir.

Öz növbəsində, Ermənistanın xarici işlər naziri də günün əvvəlində bəyan edib ki, sərhəddə mümkün Amerikan varlığı ilə bağlı İran tərəfinə lazım olan dəqiq və qəti cavablar verilib:

"Bəzi erməni media resurslarında İranın TRIPP ilə bağlı narahatlıqlarının təqdim olunması gerçəkliyə tamamilə ziddir və şişirdilib. Əlbəttə, İran tərəfinin sualları var idi və cavablandırıldı. Mənim təəssüratım budur ki, Tehran bu prosesdən razıdır. Məsələn, İran tərəfi soruşur ki, TRIPP boyunca ABŞ-nin silahlı qüvvələri olacaqrmı? Biz isə 'xeyr, olmayacaq' cavabını veririk. Reallıq da bunu təsdiqləyir. Başqa sözlə, onların bu sualı verməsi normaldır, biz isə doğru cavabı veririk. Onlar da qeyd edirlər ki, əgər hərbi varlıq olmayacaqsa, bu nəqliyyat və dəmir yolu şəbəkəsindən rahatlıqla istifadə edə biləcəklər", - deyə Ermənistan XİN başçısı qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol