Menu

Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng vurub

21.10.2026, 13:51
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng vurub

Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol