Menu

Masallıda ağır qəza - Ölən və yaralanan var

29.10.2026, 10:59
Masallıda ağır qəza - Ölən və yaralanan var

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki,, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.

Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsində sərnişin qismində olan 1966-cı il təvəllüdlü Taleh Həsənov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol