Menu

Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi

03.11.2026, 10:44
Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol