Türkiyənin “Fənərbağça” klubunun baş məşqçi axtarışı nəhayət nəticəyə çatıb. İsmail Kartalın ayrılığından sonra portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə aparılan danışıqlar maaş və müqavilə şərtləri üzrə razılığa gəlinməməsi səbəbindən dayandırılıb.
"AzPolitika"nın məlumatına görə, bundan sonra rəhbərlik diqqətini hazırda “Kasımpaşa”nı çalışdıran Emre Belözoğluna yönəldib.
Belə ki, "Fənərbağça" rəhbərliyi ilə Belözoğlu arasında prinsipial razılıq əldə olunub. Yaxın vaxtlarda rəsmi müqavilənin imzalanması və klubun açıqlaması gözlənilir.
Emre Belözoğlu "Fənərbağça"da həm futbolçu, həm idman direktoru, həm də 2021-ci ildə müvəqqəti baş məşqçi kimi çalışıb. “Kasımpaşa” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Məlumatlara görə, "Fənərbağça" onun üçün transfer haqqı ödəməyəcək.
Klubun sabiq futbolçusu Rıdvan Dilmen sosial şəbəkədə xəbəri təsdiqləyib.
Fənərbağça rəhbərliyindən rəsmi açıqlama gözlənilir. Proses tamamlandıqdan sonra əlavə məlumat veriləcək.


Şərhlər