Noyabrın 4-də saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.
Bu barədə "AzPolitika"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, tikinti işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Şərhlər