Menu

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoruna cinayət işi açılır

10.01.2015, 14:41
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoruna cinayət işi açılır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus məxfi informasiyaları məşuqəsinə ötürdüyü üçün cinayət məsuliyyətinə cəlb oluna bilər.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda New York Times yazıb. Qəzetin yazdığına görə, Federal Təhqiqatlar Bürosunun (FTB) və Ədliyyə Nazirliyinin apardığı araşdırma nəticəsində belə qənaətə gəlinib ki, Petreusu cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

“Onun ötürdüyü məxfi informasiyaların ABŞ-ın milli təhlükəsizliyinə zərbə vurub-vurmamasından asılı olmayaraq Petreusun hərəkəti məxfi strukturun rəhbərliyi üçün müəyyən edilmiş prinsipləri pozub. FTB-nin və Ədliyyə Nazirliyinin təmsilçiləri Petreusa qarşı cinayət ittihamının irəli sürülməsini tövsiyə ediblər” - deyə qəzet yazır.

Ancaq Petreusa qarşı ittihamın irəli sürülməsinə dair qərarı ədliyyə naziri və baş prokuror Erik Holder qəbul etməlidir. E.Holderin bu qərarı hələ ötən ilin sonunda qəbul etməli idi. Onun ləngiməsi FTB-nin və Ədliyyə Nazirliyinin bir sıra əməkdaşlarını məyus edib, hesab edilir ki, hakimiyyət Petreusu qorumağa çalışır.

Həmçinin bildirilir ki, 62 yaşlı Petreus istintaqla sövdələşməyə getmək və günahını etiraf etmək istəmir. Əgər o, özünü təqsirli saysa həbs cəzasından yayına bilər.

Devid Petreus 2012-ci ildə jurnalist Pol Broudellə nikahdankənar əlaqələrə görə qalmaqalla üzləşib və istefaya gedib. Amerika ordusunda və xüsusi xidmət orqanlarında ər-arvad xəyanəti ciddi günah kimi qəbul edilir. Çünki bu, əməkdaşları şantaj etmək üçün bəhanə verə bilər.

Petreus MKİ-yə 2011-ci ildə rəhbər təyin edilib. O vaxta qədər general Petreus 37 il quru qoşunlarında xidmət edib, ABŞ-ın Əfqanıstan və İraqdakı qüvvələrinə komandanlıq edib. Hazırda o, “Kohlberg Kravis Roberts” investisiya şirkətinin partnyorudur və mühazirələr oxumaqla pul qazanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol