Menu

Gömrükçülər yarım milyondan çox dollar müsadirə ediblər

10.01.2015, 16:16
Gömrükçülər yarım milyondan çox dollar müsadirə ediblər

Ötən il Azərbaycanın gömrük orqanları sərhəddi keçən şəxslərdən 514 min 500 ABŞ dolları və 72 mindən çox avro müsadirə ediblər.Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, valyutalar mövcud qaydaların pozulması ilə əlaqədar götürülüb.

Eyni zamanda 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 8 ədəd qaz silahı, 27 ədəd pnevmatik silah və 772 ədəd soyuq silah tutulub.

Gömrükçülər 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon, 4 kiloqramdan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatını müsadirə ediblər.

Qeyd edək ki, sərhəddi keçən vətəndaşlar ölkədən nəyi və hansı həcmdə çıxarmağın və ölkəyə gətirməyin lazım olduğunu indiyədək dəqiq bilmirlər. Gömrük məntəqələrində müvafiq informasiya yoxdur, qanunvericiliyin müddəaları isə gömrükçülər tərəfindən özlərinin istədikləri kimi izah edilir.-

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol