Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gəmi boğazın qadağan olunmuş hissəsində hərəkət edərkən minaya düşüb.
Məlumata görə, gəmidə naviqasiya sistemləri söndürülüb, heyət isə dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.
Xəsarət alanlar barədə məlumat verilməyib və gəminin hərəkətsiz olduğu bildirilir.


Şərhlər