Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
“AzPolitika” "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Mercedes Sprinter” markalı minik avtomobili idarəetmədən çıxaraq bir neçə metr aralıda yol kənarına aşıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib və sürücü, 1963-cü il təvəllüdlü Fizuli İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Yunis Quliyev




Şərhlər