Menu

Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə

09.11.2026, 15:37
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orbanın saxlanıldığı ehtimal olunur.

Bu barədə ölkənin Baş naziri Peter Madyar X sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Media xəbərlərinə görə, keçmiş baş nazir Viktor Orbanın qardaşı Aron Orban insan alveri ilə bağlı şübhələr əsasında saxlanılıb. Milli Aktivlərin Geri Qaytarılması və İnformasiya Təhlükəsizliyi İdarəsi, eləcə də Milli İstintaq Bürosu araşdırmanı davam etdirir”, – deyə o yazıb.

Bundan əvvəl Macarıstanın “Kontroll” nəşri polis əməliyyatı zamanı bir neçə nəfərin saxlanıldığını, onların arasında Orbanın qardaşının da ola biləcəyini bildirmişdi.

Xatırladaq ki, qardaşı saxlanılan Viktor Orban 31 may 1963-cü ildə anadan olub. O, Macarıstanın tanınmış siyasətçisi, Fides partiyasının lideridir. O, 1998–2002-ci və 2010–2026-cı illərdə Macarıstanın baş naziri vəzifəsində çalışıb. 2026-cı ilin parlament seçkilərində partiyasının məğlubiyyətindən sonra hakimiyyəti itirib. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol