Menu

Azərbaycan Ordusunun PUA imkanları nümayiş etdirilib

12.11.2026, 16:34
Azərbaycan Ordusunun PUA imkanları nümayiş etdirilib

“Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən "PUA bölmələrin, ordu dronlarının və dron operatorların hazırlığı sahəsində təcrübə mübadiləsi" mövzusunda görüş keçirilib.

Müdafiə Nazirliyindən "AzPolitika"ya verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib.

Azərbaycan Ordusunun Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə etdiyi uğurlar barədə danışılıb.

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol