Menu

Paşinyanla türkiyəli jurnalistin dialoqu - “Biz artıq qardaşıq...” + VİDEO

12.11.2026, 16:28
Paşinyanla türkiyəli jurnalistin dialoqu - “Biz artıq qardaşıq...” + VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın Antalyada COP31 sammiti zamanı türkiyəli jurnalistlə dialoqu Ermənistanda birmənalı qarşılanmayıb.

“AzPolitika” xəbər verir ki, sosial mediada yayımlanan dialoqda türkiyəli jurnalist Paşinyana əvvəlcə Türkiyənin pop-ulduzu Tarkanın mahnısını dinlədir. Ardınca, Ermənistan, Türkiyə və Azərbaycanın münasibətlərinin yaxınlaşmasının vacibliyini bildirir və Paşinyan da bununla razılaşır.

Paşinyan hansı mahnının səsləndiyini və onun siyasi xarakter daşıyıb-daşımadığını soruşur. Jurnalist "Xeyr, bu, Türkiyənin meqaulduzu Tarkandır, Tarkanı tanımırsınız?" deyə cavab verir. Paşinyan müsbət cavab verdikdə, türkiyəli jurnalist ona əlləri ilə ürək düzəltməyi təklif edir.

"Bilirsiniz, deyə bilərsiniz ki, biz artıq qardaşıq - Türkiyə və Ermənistan. Biz yaxşı münasibətlər qururuq və bundan çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə regionda əməkdaşlıq edəcəklər. Düşünürəm ki, bu, bütün xalqlarımız üçün daha yaxşı olacaq. Sizcə necə olacaq?" deyə jurnalist soruşur.

Ermənistanın Baş naziri cavab olaraq deyir: "Bəli, biz əməkdaşlıq, sülh və rifah üçün çalışmalıyıq və düşünürəm ki, hazırda bu yoldayıq".

Bu görüntülər xüsusilə də Ermənistandakı qatı milllətçi və revanşist dairələrdə hiddətlə qarşılanıb. Buna qədər də Paşinyanı “Türkiyənin adamı” hesab edən bir çox erməni izləyicilər Baş nazirə təhqir və təhdidlər yağdırıblar.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol