Rusiyada yaşayan bloqer Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib.
"AzPolitika" xəbər verir ki, o, bu barədə paylaşdığı videoda danışıb.
Bloqerin sözlərinə görə, Ermənistan sərhədində pasportunu yoxlayan əməkdaşlar onun azərbaycanlı olduğunu öyrəndikdən sonra əlavə yoxlamaya başlayıblar. Bloqer bir neçə saat ərzində sorğu-sual edildiyini, telefonunun yoxlanıldığını və fəaliyyəti ilə bağlı suallar verildiyini bildirib.
Rüstəm Şükürov qeyd edib ki, sərhədçilər ona ölkəyə girişinə icazə verilməyəcəyini, qərarın xüsusi xidmət orqanları tərəfindən qəbul edildiyini bildiriblər.
Bununla belə, bloqer sərhədçilərin ona qarşı mehriban davrandığını və Ermənistanı görmək istəyinə müsbət yanaşdıqlarını vurğulayıb.
Rüstəm Şükürov Ermənistan və Azərbaycan xalqları arasında sülhün bərqərar olmasını, insanların qarşılıqlı səfərlər edə bilməsini arzuladığını deyib və gələcəkdə Ermənistana getmək ümidini itirmədiyini bildirib.


Şərhlər