Menu

Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı

11.11.2026, 14:29
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.

"AzPolitika" xəbər verir ki, D Liqasının qarşılaşması Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da Yuri Frişer əyləşəcək.

Xatırladaq ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol