Menu

“Qalatasaray” rusiyalı futbolçunun maaşını artırır – Yeni məbləğ

10.11.2026, 16:24
“Qalatasaray” rusiyalı futbolçunun maaşını artırır – Yeni məbləğ

Türkiyənin “Qalatasaray” klubu rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovla yeni müqavilə imzalamağı planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi 21 yaşlı futbolçunun illik maaşını 3,25 milyon avrodan 5 milyon avroya yüksəltmək niyyətindədir.

Bundan başqa, klub rəhbərliyi Batrakovun müqaviləsində yer alan 55 milyon avroluq sərbəstqalma bəndini də ləğv etmək istəyir. Bu məsələni müzakirə etmək üçün futbolçunun agenti Vladimir Kuzmiçev İstanbula dəvət olunub.

Qeyd edək ki, Batrakov 2026-cı ilin avqustunda Moskvanın “Lokomotiv” klubundan 25 milyon avro və bonuslar qarşılığında “Qalatasaray”a transfer olunub. Onun İstanbul klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.

Rusiyalı yarımmüdafiəçi indiyədək “Qalatasaray”ın heyətində 6 qol vurub. Bu qolların 4-ü UEFA Çempionlar Liqasında qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol