Menu

Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlandı

10.11.2026, 10:43
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

"AzPolitika" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər.

Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.

Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol