Menu

Qubada avtomobil aşıb - ölən və yaralananlar var

10.11.2026, 09:14
Qubada avtomobil aşıb - ölən və yaralananlar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol