"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti postuna namizəd olmaq ehtimalını nəzərdən keçirir.
"AzPolitika" xəbər verir ki, hazırda FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışan 77 yaşlı mütəxəssis qurumun hazırkı prezidenti Canni İnfantinoya rəqib ola bilər.
Məlumata görə, Vengerə namizədliyini irəli sürməsi üçün bir sıra nüfuzlu şəxslər tərəfindən təkliflər edilib. Fransalı mütəxəssis bu barədə bir neçə həftədir düşünür və yekun qərarını noyabrın ortalarında açıqlaya bilər.
Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədlər noyabrın 18-dək namizədliklərini rəsmiləşdirməlidirlər. Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.


Şərhlər