Menu

Şəhid ailələri və qazilər istədikləri yerdən ev ala bilsinlər – Yeni təklif

11.11.2026, 14:15
Şəhid ailələri və qazilər istədikləri yerdən ev ala bilsinlər – Yeni təklif

"Bəzi hallarda şəhid ailələrinə, müharibə əlillərinə və hərbçilərə mənzil əvəzinə pulun verilməsi təklif olunur".

"AzPolitika" xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.

O bildirib ki, belə olan halda vətəndaşlar ailələrinin yanında və ya rayon, kənd yerlərində ev ala bilərlər:

"Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın ərazidən ev almaq, yaxud kəndə gedib torpaq alıb ev tikdirmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol