Menu

UNEC rektorunun məsləhətçisi vəfat edib - FOTO

12.11.2026, 16:48
UNEC rektorunun məsləhətçisi vəfat edib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Azadov 72 yaşında vəfat edib.

"AzPolitika" xəbər verir ki, o, uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

E.Azadovun ölümünə xəstəliyinin kəskinləşməsi səbəb olub.

Qeyd edək ki, Eldar Həsənxan oğlu Azadov 15 iyun 1954-cü il ildə Zəngilan rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakultəsini bitirib.

1984-1988-ci illərdə Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində, 1988-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində müxtəlif vəzifələrdə işləmiş, 1991-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya institunda baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1999-cu ildən 03.04.2014-cü il tarixə qədər Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 3 aprel 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Mərkəzin direktoru vəzifəsində çalışıb. 2026-cı ilin aprel ayında UNEC rektorunun məsləhətçisi təyin olunmuşdu.

Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Rektorun məsləhətçisi VƏFAT ETDİ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol