Menu

Türkiyədə helikopter qəzaya uğrayıb - Ölənlər var (Yeniənib)

12.11.2026, 20:40
Türkiyədə helikopter qəzaya uğrayıb - Ölənlər var (Yeniənib)

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Bu barədə "TRT Haber" məlumat yayıb.

***

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə "AzPolitika" "Report"a istinadla xəbər verir.

İlkin məlumata görə, qəza yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.

Ərazidə baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda qəzanın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol