Menu

“Nvidia” rəhbəri Yensen Huanq istefa verib

12.11.2026, 18:07
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq vəzifəsindən istefa verib.

“Reuters“in xəbərinə görə, onun yerinə müvəqqəti olaraq maliyyə işləri üzrə məsul şəxs Kolett Kress təyin olunub.

“Nvidia”-nın səhmləri istefa açıqlamasından sonra 10% ucuzlaşıb.

Bu, cari həftə ərzində şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalmasına səbəb olan enişi daha da dərinləşdirib.

63 yaşlı Huanq “Nvidia”-nın səhmlərinin təxminən 3,6%-nə sahibdir və onun birbaşa tabeliyində onlarla rəhbər çalışır.

ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın rəhbərini “ləyaqətli insan” adlandırıb.

Qeyd edək ki, Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatı ilə əlaqəli olması barədə iddialar yayılıb. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol