Menu

Putin Trampın xüsusi elçisi ilə görüşüb

12.11.2026, 17:35
Putin Trampın xüsusi elçisi ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.

Bu barədə TASS Kremlə istinadən məlumat yayıb.

Danışıqlarda Ukrayna münaqişəsinin nizamlanması, humanitar məsələlər və Avropanın gələcək təhlükəsizlik arxitekturası müzakirə olunub.

Putin Rusiya ilə Ukrayna arasında təmasların təşkilinə görə ABŞ Prezidenti Donald Trampa, Aleşki ətrafındakı humanitar məsələnin həllində iştirakına görə isə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkürünü çatdırmağı xahiş edib.

O, həmçinin Konstantinovkada humanitar missiyanın təşkilini təklif edərək, Rusiyanın şəhərə nəzarət etdiyini və missiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. Putinin sözlərinə görə, ərazinin minalardan təmizlənməsi beş gün çəkə bilər.

Rusiya lideri Avropa ilə dialoqdan imtina etmədiklərini, danışıqlar prosesinin Avropa ölkələri tərəfindən dayandırıldığını vurğulayıb. O, Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsini qəbuledilməz adlandırıb və belə qüvvələrin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcəyini bildirib.

Putin ABŞ-nin Avropa ölkələrinə sülh, yoxsa müharibə istədiklərini müəyyənləşdirməkdə kömək edəcəyinə ümid etdiyini deyib.

“İstərdim ki, Ukraynada sülh əbədi olsun”, – deyə o vurğulayıb.

Stiv Uitkoff isə Rusiya ilə Ukrayna arasında gözlənilən əsir mübadiləsinin nizamlanma prosesində irəliləyişdən xəbər verdiyini bildirib. O, Avropa nümayəndələrinin Əbu-Dabidəki danışıqlarda birbaşa iştirak etmədiklərini, lakin təmaslar barədə məlumatlandırıldıqlarını qeyd edib.

Uitkoff bugünkü görüşün nəticələri barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verəcəyini də bildirib. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol