Menu

Azərbaycanın qeyri-neft-qaz ixracı ilə bağlı proqnoz açıqlandı

14.11.2026, 11:09
Azərbaycanın qeyri-neft-qaz ixracı ilə bağlı proqnoz açıqlandı

Bu ilin yekunlarına görə Azərbaycanın qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) 4,1 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

"AzPolitika" xəbər verir ki, bu barədə 2027-ci il üzrə büdcə materiallarına istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 3,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, 2026-cı ildə qeyri-neft-qaz ixracının 13,9 % artması gözlənilir.

Proqnozlara görə, 2027-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 4,5 milyard ABŞ dollarına qədər artacaq.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 20,8 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol