Azərbaycan muzeylərinin, demək olar, hamısında kondisionerləşmə sistemi tənzimlənmir.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov parlamentin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, bu problemin həlli mütləqdir:"Bu məsələ sistemli şəkildə həllini tapmalıdır. Kondisioner probleminin olması tamaşaçılar üçün də problem yaradır".
R.Hüseynov Akademik Opera və Balet Teatrının təmiri məsələsinə də toxunub: "O bina bir ilə tikilib. Ümid edirik ki, binanın təmiri tezliklə başa çatacaq. Düzdür, tamaşalar Heydər Əliyev Sarayında nümayiş olunur, amma binanın təmir işininin də tezliklə bitəcəyini gözləyirik".


Şərhlər