Menu

ABŞ-də fövqəladə vəziyyət: 15 000 uçuşla bağlı kritik qərar verildi

14.11.2026, 11:30
ABŞ-də fövqəladə vəziyyət: 15 000 uçuşla bağlı kritik qərar verildi

ABŞ-də uçuşlarda fasilələr yaranıb. Təxirə salınan və ya ləğv edilən uçuşların sayı isə 15 000-i keçib.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, bu məlumatlar ixtisaslaşmış "FlightAware" portalı tərəfindən təqdim edilib.

Məlumata görə, ABŞ hüdudlarında və ya hüdudlarından kənar istiqamətində 8501 uçuş təxirə salınıb, 7218 uçuş ləğv olunub.

Ölkənin nəqliyyat naziri Şon Daffi Ağ Evdə keçirilən mətbuat konfransı zamanı bildirib ki, ABŞ-də aviadispetçerlərin uçuşların idarə edilməsi üçün avadanlıqlarının sıradan çıxması köhnəlmiş texnika ilə əlaqəlidir.

"Biz indicə şahidi olduq ki, zəif nöqtələrin və köhnəlmiş sistemlərin olması nələrə gətirib çıxarır. Prezident Donald Tramp bunu milli miqyasda fövqəladə vəziyyət adlandırdı", - deyə Şon Daffi qeyd edib.

Onun sözlərinə görə, Konqres indi problemlərin aradan qaldırılması üçün ən azı 50 milyard dollar dəyərində vəsait ayırmalıdır.

Qeyd edək ki, daha əvvəl aviadispetçerlərin avadanlıqlarında yaranan problemlər səbəbindən ABŞ Federal Aviasiya İdarəsi ölkə daxilindəki bütün hava limanlarından uçuşları təxminən 4,5 saatlıq dayandırmışdı. Şon Daffi nasazlığın köhnəlmiş avadanlıqlar səbəbindən baş verdiyini və bunun üçün Konqresin 50 milyard dollar ayırmalı olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol