Menu

Onlarla müxalifət fəalı azad edildi

10.01.2015, 19:45
Onlarla müxalifət fəalı azad edildi

Kuba hakimiyyəti çərşənbə günündən bəri ən azı 36 nəfər müxalifət fəalını azadlığa buraxıb, müxalif qurumlar məlumat verir.

Güman edilir ki, onlar diplomatik əlaqələri yaxşılaşdırmaq üçün ABŞ-ın azadlığa buraxılmasını tələb etdiyi 53 nəfər arasındadır.

Ağ Evin sözçüsü Eric Schultz deyib ki, ABŞ bu addıma görə razıdır.

Ötən ay Kuba və ABŞ bəyan vermişdilər ki, 1961-ci ildə kəsilmiş diplomatik əlaqələri bərpa etmək qərarına gəliblər.

Amerika hökuməti arxayındır ki, Kuba hakimiyyəti sözündə duracaq və digər siyasi məhbusları azad edəcək, cənab Schulz deyib.

ABŞ-ın siyahısındakı 53 nəfərin adı açıqlanmayıb. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol