Menu

Bir uçurum, dörd ölüm və gizli əməliyyat - MKİ-nin əməliyyatı ifşa olundu

15.11.2026, 20:25
Bir uçurum, dörd ölüm və gizli əməliyyat - MKİ-nin əməliyyatı ifşa olundu

Meksikada 90 metr hündürlüyündəki uçuruma yuvarlanan avtomobil karvanı dörd nəfərin ölümünə səbəb olub. Lakin qəzadan sonra üzə çıxan həqiqətlər hadisənin adi faciə olmadığını ortaya qoyub. İki MKİ əməkdaşının da həyatını itirdiyi əməliyyatın pərdəarxasında gizli əməkdaşlıqlar, mübahisəli şəxslər və diplomatik böhrana çevrilən hadisələr dayanırdı. Bəs Meksikanın dağlarında nələr baş verib və kimlər nəyi gizlətməyə çalışıb?

Gecə saatlarında Meksikanın Çihuahua ştatının dağlıq yolları ilə hərəkət edən doqquz avtomobildən ibarət karvan sıx toz buludunun içərisində irəliləyirdi. Karvandakı yük maşınlarından biri idarəetmədən çıxaraq təxminən 90 metr hündürlüyündəki uçuruma yuvarlandı. Dəhşətli qəzada dörd nəfər həyatını itirdi.

Lakin hadisə yerindən gələn məlumatlar qəzanın adi yol-nəqliyyat hadisəsi olmadığını üzə çıxardı. Çünki ölənlər arasında ABŞ-nin iki kəşfiyyat əməkdaşı da var idi.

Bu ölümlər Meksika ilə ABŞ arasında diplomatik böhrana çevrilən araşdırmanın başlanğıcı oldu. Qəzadan sonra üzə çıxan sənədlər ölkənin ən həssas təhlükəsizlik məsələlərindən birinin pərdəarxasında baş verənlərlə bağlı diqqətçəkən təfərrüatları ortaya qoydu.

Üstəlik, araşdırmanın izləri keçmişi mübahisəli olan meksikalı məmura və aylardır davam edən gizli əməkdaşlığa gedib çıxırdı. Budur, film kimi hadisənin pərdəarxası... (qaynarinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol