Menu

CEYRANÇÖLDƏ SURSAT PARTLADI... - Ölən var

15.11.2026, 18:25
CEYRANÇÖLDƏ SURSAT PARTLADI... - Ölən var

Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə bəyanat yayıb.

Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində R.İbrahimov aldığı xəsarətlərdən ölüb, S.Əmrahov isə xəsarət allb.

"Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. . ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa, partlayıcı sursatlara müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol