Menu

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq

15.11.2026, 20:50
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq

Estoniya Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq.

"Report"un məlumatına görə, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Estoniya dekabrın 1-də bütün Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq", - o yazıb.

Estoniyanın xarici işlər naziri bu tədbirləri noyabrın 14-ə keçən gecə Estoniya müdafiə şirkətinə qarşı baş verən "təxribat hücumu" ilə əlaqələndirib.

Nazir əlavə edib ki, qərarı barədə Finlandiya, Latviya və Litva həmkarlarını məlumatlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol