Bakıda müşahidə edilən güclü külək fəsadlara səbəb olub.
“AzPolitika” İTV-yə istinadən xəbər verir ki, hadisə zamanı küləyin təsirindən ağac aşıb və park edilmiş avtomobilin üzərinə düşüb.
Avtomobilə ciddi ziyan dəydiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.


Şərhlər