Menu

Hesablama Palatasının xərclər smetası artırılır

16.11.2026, 11:30
Hesablama Palatasının xərclər smetası artırılır

Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək.

"AzPolitika" xəbər verir ki, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur.

Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur.

Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 63 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 5 % çox və eynidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol