Menu

Ermənistan televiziyasında qalmaqal - Politoloqla jurnalist əlbəyaxa oldu - VİDEO

16.11.2026, 11:08
Ermənistan televiziyasında qalmaqal - Politoloqla jurnalist əlbəyaxa oldu - VİDEO

Ermənistan İctimai Televiziyasındakı siyasi proqramların birində qalmaqal baş verib. 

“AzPolitika” xəbər verir ki, hakimiyyətyönlü politoloq Harutyun Mkrtçyanla Politik.am saytının baş redaktoru Boris Murazi Tamoyan arsındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib.

"Böyük Debat" verilişindəki dava Ermənistan müxalifətinin gündəliyinin müzakirəsi zamanı baş verib. Mkrtçyan jurnalistə şəxsi həyatı və Serj Sarqsyanla əlaəqləri barədə “ikibaşlı” sual verib. Bu sual qarşı tərəfi özündən çıxarıb və tərəflər bir-birini “dilini kəsmək”lə hədələyiblər. Ardınca əlbəyaxa dava düşüb.

Verilişdən sonra Boris Murazi "Hraparak" qəzetinə verdiyi müsahibədə rəqibini hakimiyyət orqanları tərəfindən qəsdən sifariş edilmiş təxribatda günahlandırıb.

"SİNJAR" yezidi ictimai təşkilatının idarə heyəti isə jurnalistə qarşı hücumları onun etnik kimliyi ilə əlaqələndirib. Belə ki, Murazi milliyətcə yezididir.

Lakin qeyd olunur ki, dava zamanı jurnalistin milli kimliyi ilə bağlı hər hansı söz işlədilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol