Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevdə yerləşən Şimal və Cənub körpülərinə raket zərbələri endirdiyi bildirilir.
"AzPolitika" xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, hücum zamanı "İsgəndər-M" ballistik və "Sirkon" hipersəs raketlərindən istifadə olunub. Bundan əlavə, ölkənin Çerkassı və Dnepr şəhərlərinin də atəşə tutulduğu qeyd edilir.
Zaporojye vilayət administrasiyasından verilən məlumata əsasən, hücum nəticəsində bölgədəki sənaye infrastrukturu obyektlərindən biri zərər görüb. Eyni zamanda Pavloqrad və Smela şəhərlərində də partlayış səsləri eşidilib.
Hücumlar fonunda Kiyevin bəzi rayonlarında elektrik enerjisi və su təchizatında fasilələr yaranıb. Hazırda dağıntıların miqyası və mümkün insan tələfatı barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, körpülərin vurulması və hücumda istifadə edildiyi bildirilən raket növləri ilə bağlı məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


Şərhlər