Menu

Erməni nazirin Moskvaya səfəri təxirə salındı – Nə baş verir?

18.11.2026, 18:18
Erməni nazirin Moskvaya səfəri təxirə salındı – Nə baş verir?

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Avrasya İqtisadi Birliyinin (AİB) xarici siyasət məsələləri və milli valyutalarla ödənişlərin prioritet istiqamətləri üzrə məsləhətləşmələrində iştirak etmək üçün Moskvaya səfər etməyib.

Nazir bu gün jurnalistlərə verdiyi brifinqdə səfərin təxirə salınmasının səbəblərini açıqlayıb: "Nazirlərin gömrük və ticarət tənzimlənməsi məsələlərini müzakirə etməsi gözlənilirdi, lakin iki tərəfdaş nazir son anda qatılmadı, buna görə də nazirlər səviyyəsindəki görüşü ləğv etməyə qərar verdik".

Gevorg Papoyanın mətbuat katibi Lilit Şaboyan yerli mətbuata bildirib ki, səfər çərçivəsində həm nazirlər, həm də nazir müavinləri səviyyəsində iki görüşün keçirilməsi planlaşdırılırdı. Katibin sözlərinə görə, nazir müavinləri səviyyəsində baş tutacaq toplantı baş tutacaq və Ermənistanın iqtisadiyyat nazirinin müavini artıq Moskvaya səfər edərək iclasda iştirak edəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol